İnsanlara hürriyət, millətlərə istiqlal!

Danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub – Tramp  

Bugünkü danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə olunub.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüşdən sonra mətbuat konfransında deyib: “Biz məhsuldar danışıqlar apardıq. Bizim ləyaqətli sülh əldə olunması üçün imkanımız var”.

Tramp qeyd edib ki, danışıqlarla bağlı Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderlərini məlumatlandıracaq. O, danışıqlarda iştirak edənlərə təşəkkürünü bildirib, həmçinin Putinin də Ukraynada sülhə nail olmaq istədiyini deyib.

Maraqlıdır ki, prezidentlər mətbuat üçün açıqlama verdikdən sonra heç bir sualı cavablandırmayıblar.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR