Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında keçiriləcək mətbuat konfransında sinxron tərcümə vasitəsilə bir-birlərini dinləyirlər.
Musavat.com xəbər verir ki, “Arctic Warrior” konqres mərkəzində liderlərin çıxışları üçün otaqlar hazırlanıb. Kiçik səhnədə iki tribuna quraşdırılıb, zalda isə Rusiya və ABŞ media nümayəndələri üçün təxminən 200 stul yerləşdirilib. Hər stulun yanına qulaqlıqlıqlar qoyulub ki, jurnalistlər sinxron tərcüməni izləyə bilsinlər.
Liderlər də bir-birlərini qulaqcıqlar vasitəsilə eşidir və danışdıqları sözlər real vaxtda tərcümə olunur. Görüş artıq 3 saatdan çoxdur davam edir.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ