Onlayn ictimai-siyasi qəzet
Məşhur aktyor və Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsenegger ABŞ prezidenti Donald Trampı kəskin tənqid edib.
Musavat.com xəbər verir ki, o, Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Trampın davranışlarını “rüsvayçılıq” adlandıraraq, onu Kreml rəhbərinin “pərəstişkarı” kimi təqdim edib.
“Artıq özümə sual verdim: Tramp nə vaxt ondan (Putindən) avtoqraf istəyəcək, yaxud onunla selfi çəkəcək?”, - Şvartsenegger videomüraciətində deyib.
Onun sözlərinə görə, Trampın bu mövqeyi ABŞ kəşfiyyatına, məhkəmə sisteminə və ən əsası isə ölkəyə xəyanət deməkdir.
“Siz prezidentsiniz, bunu edə bilməzsiniz. Sənə nə olub?”, – deyə Hollivud ulduzu Trampa müraciət edib.
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ