Onlayn ictimai-siyasi qəzet
Əlcəzairdə sərnişin avtobusunun körpüdən çıxaraq çaya aşması nəticəsində azı 18 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir. ki, hadisə Əlcəzairin şərqindəki El Harrach bölgəsində baş verib.
Xilasetmə əməliyyatlarına 25 təcili tibbi yardım maşını, 16 dalğıc və dörd qayıq cəlb olunub. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini bildirib.
Rəsmi statistikaya görə, hər il Əlcəzairdə 4000-ə qədər insan yol qəzalarında ölür. Milli Yol Təhlükəsizliyi Agentliyi qeyd edir ki, qəzaların 91%-i sürücülərin özlərinin günahı ucbatından - yorğunluq və qaydaların pozulması nəticəsində baş verir. Əlavə səbəblərə yolların, nəqliyyatın və hava şəraitinin pis vəziyyəti daxildir.
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ