İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Tramp görüşü sonrası mümkün ssenarilər – ekspert proqnozu

Alyaskada keçirilən görüş fonunda analitiklər ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin sammitindən sonra gözlənilən nəticələr barədə proqnozlarını açıqlayıblar.

Musavat.com Haqqın.az-a istinadən xəbər verir ki, ekspertlərin qiymətləndirməsinə görə, Tramp Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə qısa üçlü görüşə razı salmağa çalışsa da, Putin bunu istəmir və Zelenskini “heç kim” kimi qiymətləndirir. Danışıqlar iki mərhələdə aparılacaq: birinci mərhələdə Tramp və Putin arasında razılaşma, ikinci mərhələdə isə Tramp bu razılaşmanı Putinin və Zelenskinin görüşündə həyata keçirməyə çalışacaq.

Analitiklər hesab edir ki, Tramp-Putin razılaşması ya Putinin, ya da Zelenskinin iştirak etdiyi görüşdə uğursuz ola bilər, hətta əvvəlcədən də ssenari pozula bilər. Lakin ekspertlər bildirir ki, Trampın Ukrayna uğrunda radikal addım atması ehtimalı çox azdır. Əksinə, razılaşma uğursuz olarsa, Tramp sadəcə “məni bu konflikt maraqlandırmır” deyərək məsuliyyətdən geri çəkilə bilər.

Proqnozlarda vurğulanır ki, Alyaskada razılaşma elan edilsə də, beynəlxalq ictimaiyyət bunun qəti və əlverişli olmadığıni anlayacaq, nəticədə ssenari pozulacaq və müharibə davam edəcək. Trampın planı Ukraynanın işğal olunmuş ərazilərinin tanınmasını nəzərdə tutmur və bu, beynəlxalq hüququn qorunması baxımından vacib hesab olunur.

Ekspertlər həmçinin bildirir ki, ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlığın bərpası və əsas sanksiyaların götürülməsi ehtimalı praktiki olaraq yoxdur; Tramp-Putin danışıqları nəticəsində yalnız kiçik fərdi sanksiyaların aradan qaldırılması mümkündür. Nəticədə, müharibənin davam edəcəyi və razılaşmanın uğursuz olacağı ehtimalı yüksək qiymətləndirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR