Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Alyaskada baş tutan tarixi görüşdən sonra ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında çıxış edirlər.
Putin konfransa səmimi sözlərlə başlayıb:
“Mən təyyarədən düşəndə Trampa ‘Salam, qonşu’ dedim. Məncə, bu sözlər mehriban və səmimi səslənir. Bizi ayıran yalnız Bering boğazıdır”.
Rusiya lideri Alyaskanı iki ölkə arasında ortaq tarixlə bağlayan məkan kimi dəyərləndirib:
“Alaska Rusiya və ABŞ-ın ümumi tarixinin əhəmiyyətli bir hissəsi ilə bağlıdır. Aramızda okean olsa da, biz yaxın qonşular olaraq qalırıq. Alyaskada hələ də rus Amerikası mədəni irsinin böyük bir hissəsi qorunub saxlanılır”.
Putin əlavə edib ki, Rusiya hər zaman ABŞ-la ortaq düşmənlərə qarşı birlikdə mübarizə aparıldığı tarixi məqamları xatırlayacaq və bu əməkdaşlığın davamını arzulayır. O həmçinin qeyd edib ki, ABŞ administrasiyası, xüsusən də prezident Tramp Ukrayna münaqişəsinin həllinə səy göstərir.
Musavat.com
18 Avqust 2025
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ