Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Alyaskada baş tutan tarixi görüşdən sonra ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin birgə mətbuat konfransında çıxış ediblər.
Putin çıxışında bildirib ki, Ukrayna münaqişəsinin başa çatmasına ümid edir və bunun “nə qədər tez olsa, bir o qədər yaxşı” olacağını vurğulayıb. O, görüş zamanı bir sıra məsələlərin razılaşdırıldığını açıqlayıb.
Tramp isə qeyd edib ki, Ukrayna ilə bağlı bir çox məqamlarda razılıq əldə olunub, qalan məsələlər üzrə də anlaşma üçün “yaxşı şans” mövcuddur. Lakin ABŞ prezidenti əldə olunan nəticəni “deal” (saziş) adlandırmaqdan imtina edib. Onun sözlərinə görə, razılaşmalar yalnız bütün tərəflərin razılığı ilə yekunlaşa bilər.
Qeyd edək ki, liderlər mətbuat konfransında jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək, yalnız bəyanatlarla kifayətləniblər və dərhal zalı tərk ediblər.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ