İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenski və Avropa liderləri ilə telefon danışıqları aparır

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Bu barədə NBC News məlumat yayıb.

Eyni zamanda Fox News bildirir ki, Tramp Avropa liderləri ilə də danışıqlar aparıb. Hətta mətbuat konfransının başlanması da gecikib, çünki prezident Fransa dövlət başçısı Emmanuel Makronla telefon əlaqəsində olub.

Fox News-a müsahibəsində isə Tramp bu sözləri deyib:

“Mən tarixlə və ya başqa bir şeylə deyil — razılaşma ilə hərəkət edirəm. Əgər razılaşma əldə etsək, əladır. Əgər görsəm ki, razılaşma ümidi yoxdur, oradan çıxacağam... Bu, mənim müharibəm deyil. Bu, Baydenin müharibəsidir. Bayden hər şeyi korladı”.

Qeyd edək ki, Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə tarixi görüş keçirib və görüşdən sonrakı açıqlamalarla beynəlxalq gündəmi müəyyənləşdirir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR