Könül
Musavat.com
Onlayn ictimai-siyasi qəzet
Rusiyanın tanınmış hip-hop sənətçisi Cigan (Djigan) Denis Bakıya səfər edib.
Musavat.com-un məlumatına görə, ifaçı bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
Cigan Denis paylaşımlarında ailəsi ilə birlikdə paytaxtımızda çəkilmiş görüntülərə yer verib.
Sosial şəbəkə izləyiciləri sənətçinin şəhərimizdə keçirdiyi anlara maraq göstərib, paylaşımlar altına çoxsaylı şərhlər yazıblar. Bəzi izləyicilər onun Bakıda konsert verəcəyinə ümid etdiklərini də bildiriblər.
Qeyd edək ki, Cigan Denis Rusiyada və MDB məkanında ən çox dinlənilən hip-hop ifaçılarından biridir. O, bir sıra hit mahnıları, musiqi layihələri və uğurlu kollaborasiyaları ilə tanınır.
Könül
Musavat.com
13 Avqust 2025
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ