İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngə 40 qəpiklik çarə

Bir dilim limonlu çay xərçəng riskini azalda və insan ömrünü uzada bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Express" nəşri amerikalı həkimlərin tədqiqatlarına istinadla məlumat yayıb.

Mütəxəssislər sellüloz maddəsi və limon şirəsinin kimyəvi terapiya ilə birlikdə tətbiq olunduqda gəmiricilərin dillərində, ağciyərlərində və yoğun bağırsaqlarında bədxassəli şişlərin yaranmasının qarşısını aldığını müəyyən ediblər.

Lakin elm adamları qeyd edir ki, tədqiqatlarda istifadə olunan limonun dozası gündəlik adi limon istifadəsindən daha yüksək olub.

Bundan əlavə, limonlu çay virus infeksiyalarına qarşı mübarizə aparır, turşuluğu tarazlayır, immun sistemini gücləndirir, həzm sistemini toksinlərdən təmizləyir və mədə yanması, köp kimi narahatlıqların azalmasına kömək edir.

Ekspertlər belə içkilərin faydalarını artırmaq üçün təbii və mütəmadi istifadənin önəmini vurğulayırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR