İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Pokrovsk istiqamətində cəbhəni yardı – Ukrayna böyük çöküşü önləməyə çalışır

Musavat.com xəbər verir ki, Rusiya qüvvələri cümə günü ABŞ prezidenti Donald Trampla nəzərdə tutulan danışıqlardan əvvəl Donetsk vilayətinin şimal-qərbində irəliləyiş əldə edib. Pokrovskun şimalında Ukrayna müdafiəsini yararaq 18 km dərinliyində, 3–5 km enində dəhliz açıblar.

Məlumata görə, Ukrayna tərəfi mövqelərini saxlamağa çalışır. Kiyev böyük çöküşü önləmək məqsədilə "Azov batalyonu"nu bölgəyə cəlb edib. Lakin Rusiya Baxmutda tətbiq etdiyi “ətçəkən maşın” tipli frontal hücum taktikası əvəzinə, daha çevik və az itki verən üsul seçib – kiçik qruplarla müxtəlif istiqamətlərdə hücumlar təşkil edərək müdafiədə zəif nöqtələri axtarır, boşluq tapıldıqda isə əsas qüvvələr həmin istiqamətə yönəldilir. Hava dəstəyi üçün dronlardan intensiv istifadə olunur.

Analitiklər bildirirlər ki, Moskva bu taktika ilə itkiləri azaltsa da, irəliləyişin sürəti aşağıdır. Buna baxmayaraq, əldə edilən hər mövqe danışıqlar masasında Rusiyanın əlini gücləndirə bilər. Kreml yaranmış məqamdan maksimum istifadə edərək, Pokrovsk istiqamətində üstünlük qazanmağa və ABŞ-la mümkün atəşkəs razılaşmasında şərtlərini sərtləşdirməyə çalışır.

 

Musavat.com

e94caf1d-c41c-4b9d-a13d-5513f67b0e4d.jpeg (92 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR