İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzadakı girovların yerini ABŞ-a deyib

ABŞ Qəzza zolağında qalan girovların yeri barədə məlumat alıb.

Musavat.com xəbər verir ki, məlumatı mənbəyə istinadən jurnalist Seymur Herş Substack platformasındakı bloqunda yayıb: “Mənə deyirlər ki, İsrail kəşfiyyatı qalan girovların yerini Vaşinqtonla bölüşüb: onlar hələ vurulmamış tunellər kompleksində saxlanılır”.

Herşin sözlərinə görə, girovların anklavdakı iki yeraltı kompleksdə saxlandığı güman edilir: "Səhhətində problem yaşayan azı 10 girovun Qəzzanın cənubundakı Rəfahdakı komplekslərdən birində saxlanıldığı güman edilir. Digər oxşar kompleks Qəzza şəhərinin altındakı tunellərdə yerləşir".

Girovların azad edilməsi üçün genişmiqyaslı əməliyyatın keçirilməsi risklərlə doludur və "həm girovların, həm də onları saxlayanların ya uğurlu azadlığına, ya da dərhal ölümünə səbəb ola bilər". Vəziyyət onunla mürəkkəbləşir ki, girovları qoruyan Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sıradan çıxarılarsa, İsrail 30-a yaxın ölü girovun cəsədini qaytarmaq imkanını itirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR