Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ən yaxşı basketbol hakimi hesab olunan Ələkbər Həsənov beynəlxalq arenada mühüm təyinat alıb.
Musavat.com xəbər verir ki, o, 16 yaşadək basketbolçular arasında Avropa çempionatının yarımfinal mərhələsində Litva – İtaliya oyununu idarə edəcək.
Qitənin bu yaş kateqoriyasında ən güclü komandaları hazırda Gürcüstanın paytaxtı Tiflisdə mübarizə aparır. Ələkbər Həsənovun baş hakim kimi çalışacağı yarımfinal qarşılaşması bu gün saat 18:30-da start götürəcək.
Turnirin digər yarımfinalında isə Serbiya və Sloveniya yığmaları üz-üzə gələcək.
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ