İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna “Rosneft”in obyektini BELƏ VURUB - ANBAAN VİDEO

Ukrayna pilotsuz uçuş aparatları Samara vilayətinin Sızran şəhərində yerləşən neft emalı zavoduna hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, Sızran Neft Emalı Zavodu “Rosneft”ə məxsusdur.

Samara vilayətinin başçısı Vyaçeslav Fedorişev dronların bölgəyə kütləvi hücum etdiyini təsdiqləyib və bildirib ki, 13 pilotsuz təyyarə vurulub. O, hücumun nəticələri və digər təfərrüatlar barədə məlumat verməyib.

Rusiya Müdafiə Nazirliyi avqustun 15-i səhər saatlarında açıqlayıb ki, hava hücumundan müdafiə qüvvələri ümumilikdə 53 Ukrayna PUA-sını vurub.

Bundan başqa, avqustun 15-nə keçən gecə Ukrayna dronları Kursk vilayəti də daxil olmaqla Rusiyanın digər bölgələrinə də hücumlar həyata keçirib. Kurskda pilotsuz təyyarələrdən birinin çoxmərtəbəli yaşayış binasına çırpılması nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR