Onlayn ictimai-siyasi qəzet
ABŞ Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın Vaşinqtondakı yeni səfiri təyin edilməsinə razılıq verib.
Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Lakin onun ABŞ-a getməsinin ləngiməsinin səbəbi hələ də açıqlanmayıb.
Məlumatda bildirilir ki, 2021-ci ildə təyin olunmuş hazırkı səfir Lilit Makuntsun səlahiyyət müddəti 2025-ci il avqustun 2-də başa çatıb.
Prezident onun mandatının uzadılması ilə bağlı fərman imzalamayıb və Ermənistan qanunlarına görə, Makunts avqustun 3-dən ölkəni rəsmi şəkildə təmsil edə bilməyəcək.
Buna baxmayaraq, “Hraparak” qəzeti xəbər verir ki, Makunts Vyana Konvensiyasının müddəalarına və ABŞ-ın diplomatik praktikasına uyğun olaraq, yeni səfir gələnədək vəzifələrini icra etməyə davam edə bilər.
May ayında isə Ermənistan hakimiyyəti Vaşinqtondakı diplomatik missiyanın rəhbəri vəzifəsinə iki namizədi, keçmiş səhiyyə naziri, deputat Arsen Torosyan və əmək naziri Narek Mkrtçyanı – nəzərdən keçirib.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ