İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro təlaşda: 5 milyona yaxın milis ordusunu səfərbər edir

Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin bölgədə yaratdığı təhdidlərə görə əlaqədar ölkədə Milli Milisin səfərbər olunduğunu elan edib.

Musavat.com xəbər verir ki, məlumatı Maduro milis qarşısında çıxışı zamanı açıqlayıb: "Mən Bolivar Milli Milislərini 23 və 24 avqust tarixlərində hərbi qərargahlarda, mərkəzi meydanlarda və 15751 Hərtərəfli Xalq Müdafiə Bazasının qərargahında səfərbər olmağa çağırıram".

Madura iddia edib ki, “Venesuela ABŞ imperializminin cinayət təhlükəsi qarşısında növbəti dəfə qalib gələcək”.  

Maduronun sözlərinə görə, Bolivar Milli Milisi, 4,5 milyondan çox milis üzvünə malikdir.

Qeyd edək ki, avqustun 19-da Reuters Pentaqondakı mənbələrə istinadən xəbər verib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines tezliklə Karib dənizinin cənubuna gələcək və “narkotik kartellərlə mübarizə əməliyyatları aparmaq üçün” Venesuela sahillərində yerləşdiriləcək. “The New York Times” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp gizli şəkildə Pentaqona Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlamaq üçün göstəriş imzalayıb. Əl-Cəzirə telekanalı bu bazar günü ABŞ esmineslərinin Venesuela sahillərinə çatacağına dair məlumat yayıb.

Ağ Evin mətbuat katibi Caroline Leavitt deyib ki, Tramp Venesueladan narkotik qaçaqmalçılığını dayandırmaq üçün bütün lazımi vasitələrdən istifadə etməyə hazırdır. Vaşinqton əmindir ki, Maduro narkotik karteli Cártel de los Soles-in rəhbərlərindən biridir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR