Onlayn ictimai-siyasi qəzet
Atlantik okeanında - Dreyk boğazı ərazisində 8,0 bal gücündə güclü zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Geoloji Xidmətinin (USGS) mütəxəssisləri açıqlayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri 117 min insanın yaşadığı Punta Arenas şəhərindən 957 km cənub-şərqdədir. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Baş verən təkanlar ilə əlaqədar amerikalı seysmoloqlar sunami təhlükəsi elan ediblər.
Qeyd edək ki, avqustun 17-də İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş vermiş 6,0 bal gücündə zəlzələ nəticəsində onlarla insan xəsarət alıb.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ