İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Afrikada Rusiyanın planlarını pozur

Rusiya Ukraynanı “Uqanda İslamçı “Demokratik Qüvvələrin Alyansı” qruplaşmasının yaraqlılarına pilotsuz uçuş aparatları verməkdə ittiham edir.

Musavat.com xəbər verir ki, ittihamı TASS-a Beynəlxalq Təhlükəsizlik üzrə Zabitlər Birliyinin (COIS) direktoru Aleksandr İvanov açıqlayıb.

Onun iddialarına görə, Ukrayna bunu regionda sabitliyi pozmaq və Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasında münaqişənin yeni mərhələsini alovlandırmaq məqsədilə edib. İvanov Ukraynalı mütəxəssislərin yaraqlılara dronlardan istifadəni öyrətməyə başladıqlarını deyir.

Rusiyanın Afrikadakı qanunsuz silahlılarının rəhbərlərindən olan İvanov Ukraynanın guya dronları iki ölkə arasında hərbi toqquşma yaratmaq üçün verdiyini iddia edir. Lakin son illərdə Ukraynanın birbaşa dəstəyi ilə Afrika ölkələrində Rusiya qanunsuz hərbi dəstələrinin fəaliyyət imkanları ciddi şəkildə məhdudlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR