İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya “Koreya variantı” təklif olunur-Zelenski bu məsələdə Trampla razıdır...  

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Ukraynanın müdafiə döyüşü ilə torpaqlarını işğaldan azad edə bilməyəcəyini açıqlayıb. Onun fikrincə, Ukrayna rusları öz torpaqlarından qovmaq hücum savaşına başlamalıdır. Maraqlıdır ki, Ukrayna lideri Zelenski də bu iddia ilə razılaşıb və Trampın düz dediyini bildirib.

Bəs bu sözü dilə gətirən təkcə Trampdırmı?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a bildirib ki, Trampdan əvvəl də bir çox ABŞ hərbçiləri zaman-zaman eyni fikirləri səsləndiriblər: “Məsələn, ABŞ ordusunun keçmiş Baş Qərargah rəisi Mark Miller dəfələrlə incə mesajlarla rəsmi Kiyevin diqqətinə bu müharibəni vuruşaraq qazanmağın imkansız olduğunu çatdırıb. Ukrayna müharibəsi başlamamışdan əvvəl Pentaqonda keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynanı işğala hazırlaşdığını və bunun ağır nəticələr doğuracağını bəyan etmişdi. Müharibə başlayandan sonra 7 iyul 2022-ci il tarixində 50 ölkənin iştirak etdiyi Ukrayna Təmas Qrupu toplantısından sonra birgə mətbuat konfransında çıxış edən Milley Ukrayna savaşının artıq kilidləndiyini və bir-birini tükəndirmə müharibəsinə çevrildiyini bildirmişdi. Onun fikrincə, tərəflərdən biri qısa zaman ərzində irəliləyiş əldə edə və cəbhə xəttini yara bilməsə, hər iki tərəf bu müharibədən çıxmaq üçün alternativlər axtaracaqdılar.

Bənzər fikirləri NATO-nun müxtəlif generalları və fikir adamları da dilə gətirib, hətta Ukraynaya Koreya variant da təklif ediblər. Müharibənin ilk 6 ayında açıq və eyhamla irəli sürülən bu fikirlər həm Ukrayna, həm də Rusiya tərəfindən görməzdən gəlinib və proseslər indiki çətin vəziyyətə qədər gəlib çıxıb. Ümid edirəm ki, tərəflər nəhayət iki qardaş ölkənin bir-birini tükəndirərək tarix səhnəsindən siləcəyini anlayacaq və böyük müdriklik göstərərək döyüş meydanından geri çəkiləcəklər”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR