İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron, Mers və Tusk Moldovaya səfər edəcək

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və Avropa Şurasının prezidenti Donald Tusk avqustun 27-də Moldovaya səfər edəcəklər.

Musavat.com xəbər verir ki, onlar ölkənin Müstəqillik Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Reuters-in Yelisey sarayına istinadla yaydığı məlumata görə, liderlər səfər zamanı Moldovanın təhlükəsizliyi, suverenliyi və Avropa istiqamətindəki kursuna dəstəklərini bir daha təsdiqləyəcəklər.

Qeyd edək ki, Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin olunub. Hakim partiya isə çoxluğu qorumaq və pro-Avropa siyasətini davam etdirmək niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR