İnsanlara hürriyət, millətlərə istiqlal!

ADY: 7 ayda qatarlar təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.

Musavat.com ADY-yə istinadən xəbər verir ki, nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da sərnişinlərin həyatına risk yaradır. Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraq cərimələnir.

Bildirilib ki, ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafına çəkdiyi hasarlar bəzən bu cür məsuliyyətsiz davranışları “hasarlaya" bilmir.

“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən mal-qaranı dəmiryol xətlərindən xüsusi ayrılmış yerlərdən kənarda, günün qaranlıq vaxtında, məhdud görünmə şəraitində keçirmək qadağandır. Sürü mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçün dəstələrə bölünməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR