İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Ovanisyan: Ermənistanın yeni hakimiyyətə ehtiyacı var

Ermənistanda müxalifət qüvvələri ölkənin təhlükəsizlik təminatları məsələsini real siyasi gündəm kimi formalaşdıra bilmir. Bu isə baş nazir Nikol Paşinyana özünü “sülh gündəminin simvolu” kimi təqdim etmək imkanı verir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, revanşist görüşləri ilə tanınan ekspert Vahe Ovanisyan sosial şəbəkədəki açıqlamasında bildirib.

Onun sözlərinə görə, heç bir dövlət Ermənistana təhlükəsizlik zəmanəti vermək istəmir, hətta bu barədə danışmaq belə arzu olunmur:

Erməni ekspert əlavə edib ki, Ermənistanın “şouya yox, ciddiyyətə”, “inert müşayiətçi dəstəyə yox, siyasi liderliyə” ehtiyacı var.

Ovanisyan buna görə bir daha müxalifdət qüvvələrini Paşinyanı devirməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR