İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya strateji bombardmançıları HAVAYA QALDIRDI - Ukraynaya raket yağdırdı

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya genişmiqyaslı hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, hücum zamanı “Kinjal” və “Kalibr” raketləri, eləcə də “Geran” kamikadze PUA-larından istifadə olunub.

Ölkənin bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Lvov və Rivne vilayətlərində, o cümlədən Mukaçevo şəhərində güclü partlayışlar qeydə alınıb.

Məlumata görə, hücumda dörd “Tu-95MS” strateji bombardmançı və bir “Tu-160” təyyarəsi də iştirak edib. Bu təyyarələrdən uzun mənzilli “Kh-101” qanadlı raketləri buraxılıb.

Rusiya Hərbi Hava Qüvvələrinin “MiQ-31” qırıcıları “Kinjal” hipersəs raketləri ilə Rivne vilayətindəki Ukrayna hərbi infrastruktur obyektlərinə zərbələr endirib. Kiyev üzərində partlayış səsləri eşidilib, raketlərdən bəziləri isə Lutskdəki hərbi aerodrom ərazisinə düşüb.

Xarkov vilayətində sakinlər Rusiyanın pilotsuz uçuş aparatlarının kütləvi hücumundan sonra güclü yanğın barədə məlumat veriblər. Qara dənizdən buraxılan “Zirkon” raketləri isə Sumidəki infrastruktur obyektlərinə zərbə endirib.

Bundan əlavə, Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində PUA-nın qaz kompressor stansiyasına çırpılması nəticəsində güclü yanğın başlayıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR