İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə maye qazdoldurma məntəqəsində yanğın oldu: Yaralılar var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və maye qazla dolu çənə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çəninə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 16 m² ofisin yanar konstruksiyaları yanıb. Vətəndaşlar - 1979-cu il təvəllüdlü Qurbanov Ruslan İslam oğlu, 1988-ci il təvəllüdlü Şükürov Samir Hüseyn oğlu və 2013-cü il təvəllüdlü Şükürov Ramil Samir oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Ərazisdəki digər tikililər və həcmi 20 kub.m. olan maye qazla dolu çən yanğından mühafizə olunub.

***

Ağcabədidə maye qazdoldurma məntəqəsində yanğın olub, üç nəfər xəsarət alıb.

Musavat.com xəbər verir ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çəninə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR