İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Voronejdə dəmiryolunu iflic edib, Rostovda isə neft emalı zavodu yanır  

Ötən gecə Ukrayna dronlarla Rusiya ərazisində bir sıra obyektlərə zərbələr endirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, əsas diqqət təchizat infrastrukturuna yönəlib. Belə ki, Voronej vilayətində dəmriyol infrastrukturuna zərbələr endirilib, nəticədə qatarların hərəkəti dayandırılıb.

Rusiya Dəmir Yolları Telegram kanalında yer alan məlumata görə, Juravka və Rainovskaya stansiyaları (Voronej vilayətinin Rossoş - Soxranovka hissəsi) ərazisində elektrik enerjisi təchizatı dayanıb, operativ qərargah nəticələrin aradan qaldırılması üçün işlərin əlaqələndirilməsi üzərində işləyir. İdarənin son məlumatına görə, 19 qatar gecikir.

Ötən gecə həmçinin Rostov vilayətinə də dron hücumu qeydə alınıb. Region qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar bildirib ki hava hücumundan müdafiə vasitələri Kamensk, Novoşaxtinsk, eləcə də Kamenski, Millerovski, Belokalitvinski və Tarasovski rayonlarında hücumları dəf etməyə çalışıb.

Slyusar Novoşaxtinskdə sənaye müəssisələrindən birində “dron qalıqlarının” düşməsi nəticəsində yangın başlandığını yazsa da, müəssisənin adını qeyd etməyin.

Lakin Novoşaxtinsk sakinlərinin Telegram kanallarında yerləşdirdikləri məlumatlardan aydın olur ki, Ukraynanın hədəfi yerli neft emalı zavodu olub. Telegram kanallarında yayımlanan hadisə yerindən çəkilmiş kadrlara əsasən, zavodun ərazisində qalın qara tüstülənmə və güclü yanğın başlayıb. Dronların zavoda bir neçə dəfə zərbə endirdiyi bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR