Onlayn ictimai-siyasi qəzet
Fransa Xarici İşlər Nazirliyi ABŞ-ı Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı tətbiq edilən bütün sanksiyaları ləğv etməyə çağırıb. Musavat.com xəbər verir ki, bu mövqe nazirliyin saytında yerləşdirilmiş açıqlamada əksini tapıb: "Fransa ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin dörd hakiminə, o cümlədən Fransadan olan hakiminə qarşı yeni sanksiyalarını məyusluqla qarşılayıb. Fransa ABŞ-ı prezidentin 6 fevral 2025-ci il tarixli fərmanı ilə tətbiq edilən bütün sanksiyaları ləğv etməyə çağırır. Çünki bu sanksiyalar Məhkəməyə və Roma Statutunun bütün 125 İştirakçı Dövlətinə təzyiq yaradır və məhkəmə sisteminin müstəqilliyi prinsipinə ziddir”.
Sənəd Fransanın bu qərardan təsirlənən bütün hakimlərlə həmrəyliyini ifadə edir və BCM və onun əməkdaşlarına sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Fransa XİN qeyd edir ki, “onların rolu cəzasızlıqla mübarizədə əsasdır”.
Paris BCM-nin “öz missiyasını müstəqil və qərəzsiz yerinə yetirməkdə” davam etməsini təmin etmək üçün Avropalı tərəfdaşlar və Roma Əsasnaməsinə üzv olan digər dövlətlərlə işləməyə söz verir.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ