Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Rusiyanın təşkil etdiyi “Intervision” müsabiqəsində iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri tədbirdə iştirak etməyəcək.
Müsabiqənin rəsmi "Instagram" hesabında yayılan məlumata görə, iştirakın mümkün olmamasının əsas səbəbləri daxili şərait və hazırlıq üçün vaxtın çatışmamasıdır. Mənbələr bildirir ki, Azərbaycan bu qərarı həm ölkə daxilindəki mədəni prioritetlərə, həm də regional və beynəlxalq tədbirlərdə diqqətli iştirak strategiyasına uyğun olaraq verib.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ