Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti J.D.Vens Ukraynada sülhün nizamlanmasının əsas detallarının, o cümlədən təhlükəsizlik zəmanətləri və ərazi məsələlərinin Rusiya prezidenti Vladimir Putin və Volodimir Zelenski arasında keçiriləcək görüşdən əvvəl təqribən razılaşdırılacağını bildirib.
Musavat.com xəbər verir ki, o, Fox News-a müsahibəsində Putin və Zelenski arasında keçiriləcək görüşdən əvvəl anlaşmanın əsas detallarının razılaşdırılacağını gözləməyin mümkün olub-olmadığı sualını cavablandırıb:
"Bu, yaxşı sualdır. Düşünürəm ki, bürokratik yolla getsəniz, cavab bəli olacaq".
Vensin fikrincə, Vladimir Putin və Volodimir Zelenskinin görüşü Ukraynadakı münaqişənin sülh yolu ilə həllində çıxılmaz vəziyyətdən çıxmağa kömək edə bilər. Bu zaman bütün detalların görüşə qədər razılaşdırılması qaçılmaz şərt deyil.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ