İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Laçında hava limanının tikintisinin çətinliyindən danışıb - VİDEO

Azərbaycan Prezidenti Laçında hava limanının tikintisi ilə bağlı çətinliklərdən danışıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı bildirib: "Laçının Qorçu kəndində beynəlxalq hava limanı da istifadəyə verilib. Biz o yerin seçilməsində də çətinlik çəkirdik. Çünki Kəlbəcərdə və Laçında bir dənə də düz yer tapa bilməmişdik ki, orada uçuş-enmə zolağı inşa edilsin. Bir dənə də düz yer yoxdur. Amma mən istəyirdim ki, aeroport həm Kəlbəcərə, həm Laçın şəhərinə yaxın olsun. Ona görə o yer seçildi. Dedilər ki, burada da bunu etmək mümkün deyil, gərək dağları kəsək. Dedim kəsmək lazımdırsa, kəsək. Əminəm ki, bu aeroport sayəsində bura gələnlər üçün çox gözəl bir turizm mərkəzi olacaq. Yəni, üç istiqamətdən yol, - Gəncə, Laçın, hətta Zəngilandan ta Kəlbəcərə qədər, bir də Naftalan, Ağdərə, Sərsəng, Kəlbəcər, - üç tərəfdən rahat əlaqələndirmə olacaq və əlbəttə ki, bu, bölgənin canlandırılması üçün böyük imkanlar yaradacaq: iş adamları, hotellər, turizm kompleksləri.

Yəni, planlarımız çox böyükdür. Mən artıq bəyan etmişdim ki, biz kanat yollarını da çəkməyə başlayırıq. Birincisi, Laçında. Siz Laçın şəhərini də yaxşı tanıyırsınız, Həkəri çayından da Laçının yuxarı məhəlləsinə məsafə böyükdür. Həm də hündürlük fərqi də böyükdür. Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq. İkinci kanat yolu isə Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu da Kəlbəcərdə olacaq. Onun da yerinə baxmışıq. Bura çox gözəl mənzərəli yerlərdir, həm də cənnətdir".  

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR