İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalatasarayda daha bir ayrılıq - FOTO

Qalatasaray, Viktor Nelssonun satınalma opsiyası ilə Hellas Veronaya icarəyə verildiyini açıqlayıb. Danimarkalı müdafiəçi, 650 min avro icarə haqqı ilə İtaliya klubuna imza atıb.

Sarı-qırmızılılar, Viktor Nelssonun satınalma opsiyası ilə Hellas Verona klubuna icarəyə verildiyini rəsmən bildirib.

KAP-a edilən açıqlamada deyilir:

"Peşəkar futbolçumuz Viktor Enok Nelssonun, 2025/2026 mövsümü üçün satınalma opsiyalı müvəqqəti transferi mövzusunda Hellas Verona Football Club SPA ilə razılıq əldə olunub. Müqaviləyə əsasən 650.000 avro məbləğində müvəqqəti transfer haqqı və 100.000 avro şərtə bağlı bonus ödənişi nəzərdə tutulub. Satınalma opsiyasının istifadə olunması halında, Hellas Verona Football Club SPA tərəfindən Şirkətimizə 8.000.000 avro məbləğində transfer haqqı ödəniləcək"./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR