İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbib Nurməhəmmədov UFC-yə qayıtmayacaq

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədovun qərarı müzakirələr yaradıb.

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov peşəkar döyüş karyerasını davam etdirməyəcək.

Amerikalı MMA əfsanəsi Daniel Kormye mətbuata açıqlamasında bildirib ki, Həbib ona UFC-də döyüşmək üçün 40 milyon dollar təklif olunduğunu, lakin razılaşmadığını deyib. Kormye vurğulayıb:

"Əgər Həbib 40 milyon dollar təklif olunmasına baxmayaraq razılaşmayıbsa, deməli, o, heç vaxt UFC-yə qayıtmayacaq".

Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerası ərzində keçirdiyi 29 MMA döyüşündə məğlub olmayıb və 2021-ci ildə döyüşçülük karyerasını bitirib./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR