Onlayn ictimai-siyasi qəzet
Ermənistanda, hakimiyyət kuluarlarında Arsen Torosyanın tezliklə “meqa-nazir” olacağı barədə söz-söhbətlər dolaşır. Məlumata görə, Paşinyan onu parlamentdən öz yanına – əmək və sosial məsələlər naziri postuna gətirir, hazırkı nazir Narek Mkrtçyanı isə ABŞ-a səfir göndərir.
Musavat.com emrəni mediasıına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.
“Eşidilənlərə görə, 2026-cı il seçkilərindən sonra Əmək və Sosial Məsələlər Nazirliyi ilə Səhiyyə Nazirliyi birləşdiriləcək və mega-nazirliyin rəhbəri Arsen Torosyan olacaq.
Xatırladaq ki, belə bir arzu bəzi keçmiş icra hakimiyyəti rəhbərləri tərəfindən dəfələrlə səsləndirilmişdi, lakin bu yalnız 2000-ci ildə baş vermişdi. İki nazirlik birləşdirildikdən sonra quruma Ararat Mkrtçyan rəhbərlik etmişdi. Ancaq bir neçə ay sonra hər şey yenidən nəzərdən keçirildi, çünki həm səhiyyə, həm də sosial təminat sahələri kifayət qədər mübahisəli və geniş idi.
Lakin bu xəbərdə ən diqqətçəkən məqam ondan ibarətdir ki, Paşinyan faktiki olaraq 2026-cı ildə yenidən seçiləcəyinə şübhə etmir və artıq bu cür planlar qurur”, – deyə qəzet qeyd edir.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ