Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva işlətdiyi kosmetik vasitələrini satışa çıxardığı üçün tənqid olunmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək həmin vasitələri köməkçisinin satışa çıxardığını bildirib:
"Dünəndən bəri paylaşımlarınızı görürəm və bəli, sizi başa düşürəm, haqlı olduğunuz məqamlar var. Ümumiyyətlə, bu vəziyyətə şərh vermək istəmirdim, amma gördüm ki, məsələ böyüyüb, ona görə yazmaq qərarına gəldim. Əlbəttə ki, işlənmiş kosmetikanı satmaq olmaz. Bu, gənc bir xanımın (asistentimin) diqqətsizliyi idi. Mən də onu vaxtında fərq etmədim. Fərq etdiyim anda isə dərhal dayandırdım. Nəticədə həmin məhsullar heç kimə satılmayıb. Rahat ola bilərsiniz”.
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ