Onlayn ictimai-siyasi qəzet
Aktrisa Ülviyyə Xalinbəyova ilə aktyor Murad İsmayıl ayrıldıqdan sonra yenidən eyni layihədə rol alıb.
Musavat.com xəbər verir ki, illər əvvəl eyni serialda çəkilən keçmiş cütlük yenidən “Kürəkən vs Qayınata” adlı filmdə birgə çəkiliblər.
Qeyd edək ki, cütlük “Vicdan haqqı” serialına çəkilən zaman tanış olublar. 2018-ci ildə ailə quran Muradla Ülviyyənin iki oğlu var. Ülviyyə ilə Murad ötən il boşanıb.
Onlar ayrıldıqdan sonra “Əlvida xoşbəxtlik” serialında tərəf müqabili olub.
Könül
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ