Onlayn ictimai-siyasi qəzet
Rusiyada məktəblərə qəbul edilən əcnəbi uşaqların sayı xeyli azalıb.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, rus dilini bilmə səviyyəsinin təsdiqlənməsi zərurəti haqqında qanunun qəbulundan sonra Nijni Novqorod vilayətində miqrant uşaqların məktəbə qəbulu üçün müraciətlərin sayı təxminən 10 dəfə, Voronej vilayətində isə 7 dəfə azalıb.
Müvafiq statistikaya görə: Kaluqa vilayətində miqrant uşaqlardan 91 nəfərdən 55-i, Sverdlovsk vilayətində 66 uşaqdan 53-ü, Tula vilayətində 62 uşaqdan 32-si, Komi Respublikasında 14 uşaqdan 11-i, Krımda hər 10 uşaqdan 4-ü, Tatarıstan Respublikasında isə Rusiya vətəndaşlığı olmayan hər onuncu uşaq lazımi imtahandan keçə bilməyib.
Musavat.com
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ