Onlayn ictimai-siyasi qəzet
“Biz bu məsələyə belə yanaşırıq: Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan hesab edirsə ki, hansısa layihə onlar üçün faydalıdır, biz, təbii ki, burada Ermənistanı dəstəkləyirik”.
Musavat.com xəbər verir ki, bu fikri Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk TASS-a açıqlamasında deyib.
Overçuk bildirib ki, əgər İrəvan Zəngəzur dəhlizinin ("Tramp marşrutu") yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir.
"Əgər onlar hesab edirlərsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha çox təhlükəsizlik zəmanətləri verir, o halda bu yaxşıdır, çünki biz də Cənubi Qafqazda sülh proseslərini dəstəkləyirik, bu, bizim maraqlarımıza tam cavab verir".
Musavat.com
16 Avqust 2025
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ