Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın artıq bir saatdan çox davam edən görüşü zamanı insanlar Ukraynaya dəstək mitinqlərini davam etdirirlər.
Məlumatı “Susplin” yayıb. İctimai etirazçılar görüşün keçirildiyi ərazi yaxınlığında plakatlar və bayraqlarla Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini nümayiş etdirirlər.
Ekspertlər bildirir ki, belə mitinqlər beynəlxalq diqqəti Ukrayna məsələsinə cəlb etmək və görüş iştirakçılarını mövzuya dair fikirlərini nəzərə almağa çağırmaq məqsədi daşıyır.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ