İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə tələbə atasına görə adam öldürdü - HÖKM OXUNDU

mişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fərid Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il yanvar ayında İmişlidə baş verib. Təqsirləndirilən Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevi atasını təhqir etdiyini əsas gətirərək kafedə bıçaqlayıb. Vüsal Allahverdiyev xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

F.Allahverdiyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Lənkəran Dövlət Universitetinin tələbəsi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR