Onlayn ictimai-siyasi qəzet
Alyaska hava limanında görüşən ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin birgə ABŞ prezidentinin limuzininə minib və yolda təkbətək sammitə başlayıblar.
Musavat.com xəbər verir ki, sammitin əsas mövzusu Ukrayna müharibəsinin sona çatdırılması və regionda gərginliyin azaldılmasıdır. Liderlər iki ölkə arasında diplomatik dialoqu gücləndirmək və qarşılıqlı anlaşmanı artırmaq məqsədilə birbaşa müzakirələr aparırlar.
Müşahidəçilər görüşü son illərin ən vacib və strateji diplomatik təşəbbüsü kimi qiymətləndirirlər.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ