Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki dəniz limanına zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, zərbə nəticəsində İrandan “Şahed” pilotsuz uçuş aparatları üçün komplektləşdirici hissələr daşıyan gəmi vurulub. Qeyd olunur ki, bu liman Rusiya tərəfindən İrandan hərbi təyinatlı yüklərin tədarükü üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur.
Rusiyanın Tambov, Samara və Saratov hava limanları uçuşların qəbulunu və göndərilməsini dayandırıb. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Belə məhdudiyyətlər PUA-ların Rusiya regionlarına hücum riski ilə əlaqədar tətbiq edilib.
Əvvəllər Tambov eyni məhdudiyyətləri avqustun 4-də tətbiq edib və qadağa üç saat davam edib. Saratovda avqustun 14-nə keçən gecə hava limanında tədbir təxminən üç saat ərzində qüvvədə olub.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla müzakirə edir.
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ