İnsanlara hürriyət, millətlərə istiqlal!

“Donosyazan” Vitali Borodindən yeni "original" təklif

Rusiyanın Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin evlilikdə xəyanət edən həyat yoldaşlarının 20 min rubl məbləğində cərimələnməsini təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Life.ru saytına müsahibəsində danışıb.

O, ailədə uşaqlar varsa, əlavə cərimələrin tətbiqini də irəli sürüb.

Borodinin fikrincə, ailəli şəxslər üçün məsuliyyət tədbirləri zəruridir, xüsusilə də uşaqlı ailələrdə. Xəyanətin boşanmaya səbəb olduğu hallarda məsuliyyətin daha da artmalı olduğunu vurğulayan Borodin, Rusiyada ataların uşaqları tərk edib getməsinin artdığını, nəticədə uşaqların cinayət mühitinə düşdüyünü qeyd edib.

“15–20 min rubl xəyanətə, hər bir tərk edilmiş uşaq üçün isə 50 min rubl cərimə təklif edirəm. Əgər ailə ana və ya atanın günahı üzündən dağılıbsa, həmin şəxs ödəməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Vitaliy Borodin Rusiyada daha çox Kremlin siyasətinə etiraz edən məşhurlaırn əleyhinə “donos” yazmağı ilə məşhurlaşıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR