Onlayn ictimai-siyasi qəzet
Livanda baş verə biləcək növbəti küçə etirazları ABŞ səfirliyinə qədər yayıla bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Hizbullah”ın baş katibi Qasım xəbərdarlıq edib.
O bildirib ki, silahların təhvil verilməsinə qarşı nəzərdə tutulan aksiyalar hazırda dialoq ümidini qorumaq üçün müvəqqəti olaraq dayandırılıb.
Qasım həmçinin vurğulayıb ki, ölkədə vəziyyətin daha da gərginləşməsi halında bütün məsuliyyət Livan hökumətinin üzərinə düşəcək.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ