Onlayn ictimai-siyasi qəzet
“Görüşün qalibi Putindir”.
Musavat.com xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl deyib. Onun sözlərinə görə, Putin və Tramp görüşü başa çatdı və tərəflər media qarşısında ümumi sözlərlə çıxış etdilər: “Ən az Ukraynadan danışdılar və dedilər ki, razılaşmadığımız maddələr var, onu da müzakirə edəcəyik.
Qısası: Gözlənilən baş verdi. Görüşün qalibi Putin. Tramp Ukrayna üçün konkret olaraq heç nə əldə edə bilmədi. Heç bir sanksiya olmayacaq, əksinə, ABŞ və RF arasında ticari əlaqələri genişləndirəcəklərini hər iki tərəf vurğuladı.
Ukraynada müharibə davam edəcək”.
İlham İsmayıl
İ.İsmayılın sözlərinə görə, Putin 7 aydır Trampdan aldığı stimulu rəsmiləşdirdi: “Moskvada görüş planlaşdırılır və Ukraynaya aid olmayan bir görüş olacaq.
Qırmızı xalıda, alqışlarla qarşılanan Putin qələbəsini qeyd edir. Tramp məğlub olduğunu üz simasında aydın göstərdi. Həm də tam məğlubiyyət...”
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ