Onlayn ictimai-siyasi qəzet
ABŞ-li Richard Guilfordun 2014-cü ildə Ford zavodunda itirdiyi cüzdan, 10 il sonra bir usta tərəfindən avtomobil mühərrikində tapılıb. Guilford, pul qabının uzun səyahətini "inanılmaz" adlandıraraq onu evində vitrində saxlayacağını bildirib.
ABŞ-də Richard Guilford, 2014-cü ildə Ford zavodunda avtomobil yığımı edərkən cüzdanını itirib. İş yoldaşları ilə birlikdə onlarla avtomobili və iş yerini axtarmasına baxmayaraq, cüzdan tapılmayıb. Guilford illər boyu ondan heç bir xəbər ala bilməyib.
Keçən ay Minnesota ştatının Lake Crystal şəhərində usta Chad Volk, bir müştərinin avtomobilinə texniki xidmət göstərərkən mühərrik ilə hava filtri qutusu arasına sıxışmış bir cüzdan tapıb. İçindəki sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi vasitəsilə sahibini müəyyən edən Volk, Facebook üzərindən Guilforda çatıb.//Milli.Az
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ