Onlayn ictimai-siyasi qəzet
ABŞ və Rusiya prezidentləri arasında Alyaskada 3 saata yaxın davam edən görüş başa çatıb.
Musavat.com xəbər verir ki, həm Vladimir Putin, həm də Donald Tramp görüşdə irəliləyişlərin əldə olunduğunu qeyd ediblər. Lakin Ukrayna mətbuatı danışıqların nəticəsiz başa çatdığını vurğulayır.
Unian Trampın görüşdən sonra mətbuat üçün açıqlama verərkən üz ifadələrinin sərtliyinə diqqəti çəkir. Bildirilir ki, ABŞ prezidentinin səsində nəticələrdən narazılıq açıq hiss olunub. Portal Trampın dediyi “biz tam anlaşmaya nail ola bilmədik, razılaşma yoxdur, amma buna çatmaq üçün şansımız var” fikrinə diqqət çəkir. Eyni zamanda verilən açıqlamalarda əsas məsələ olan atəşkəslə bağlı hər hansı fikrin səsləndirilməməsi, Trampın “əsas məsələlər üzrə Rusiya ilə razılaşma yoxdur” deməsi də portal tərəfindən danışıqların nəticəsiz bitməsinin göstəricisi kimi qiymətləndirilir.
Musavat.com
18 Avqust 2025
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ