Onlayn ictimai-siyasi qəzet
Ukraynada müharibə başlayandan sonra Şimali Koreya minlərlə vətəndaşını Rusiyaya göndərib.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, onlar ağır şəraitdə yaşayır, tikinti sahələrində kölə kimi işləyirlər.
BBC radiosunun əməkdaşı Rusiyadan qaçmağı bacaran altı koreyalı ilə danışıb. Onların hamısı eyni şərtləri təsvir edib, bildiriblər ki, hər gün səhər saat 6-da durur, gecə saat 2-yə qədər tikintidə işləyirlər və onlara ildə cəmi iki gün istirahət verilir.
2017-ci ildə BMT Təhlükəsizlik Şurası ölkələrə KXDR-dən işçi qəbul etməyi yasaqlayıb və onların 2019-cu ilin sonuna kimi ölkədən çıxarılmasını əmr edib. Bundan sonra Rusiya Şimali Koreyadan olan fəhlələri evlərinə göndərməyə başlayıb.
Lakin bildirilir ki, 2024-cü ildə KXDR-dən işçi axını bərpa olunub. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, ötən il Rusiyaya 10 minə yaxın adam gəlib, bu il isə daha 50 min nəfər gözlənilir.
Onu da qeyd edək ki, Şimali Koreyadan olan fəhlələrin qazandığı pulun çox hissəsi KXDR dövlətinə ödənilir.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ