Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Ankoricdə yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 23:00) enəcək.
Musavat.com xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya liderini şəxsən ABŞ prezidenti Donald Tramp qarşılayacaq.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Putinlə Tramp arasında görüş 6-7 saat davam edə bilər.
Hazırda Rusiya prezidentinin təyyarəsi Maqadandan Ankoricə uçub və uçuş təxminən 4 saat davam edəcək.
Uçuşdan əvvəl Putin II Dünya Müharibəsi illərində SSRİ və ABŞ arasında əməkdaşlığı simvolizə edən “Alsib Qəhrəmanları” memorialına gül dəstələri qoyub.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ