Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin Alyaskada keçirəcəyi tarixi görüş hələ başlamayıb, amma artıq dünya bunu qumar masasında izləyir.
Məşhur proqnoz platforması Polymarket-də “atəşkəs mərc”i qızışıb. Burada istifadəçilər Putin və Trampın razılaşacağına pul qoyurlar. Hazırda “atəşkəs ehtimalı” 40%-ə çatıb. Yəni hər 10 nəfərdən dördü Trampın Putini danışığa çəkəcəyinə inanır.
Maraqlısı odur ki, bəzi iştirakçılar “Tramp qazanacaq” ssenarisinə on minlərlə dollar yatırıb. Digərləri isə “Putin inad edəcək” versiyasına güvənirlər. Beləcə, müharibənin sonu əslində diplomatik masadan çox, mərc masasını xatırladır.
Analitiklər bunu “XXI əsrin siyasəti artıq kazino qaydaları ilə işləyir” kimi şərh edir. Sosial şəbəkələrdə isə bu vəziyyəti “Tramp–Putin pokeri” adlandırırlar.
Görüşün nəticəsi nə olacaq – atəşkəs, yoxsa oyunun davamı? Cavabını bir müddət sonra həm diplomatiya masası, həm də mərc masası göstərəcək.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ