Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ arasında Alyaskada danışıqlar “üç-üçə” formatında keçiriləcək.
Musavat.com xəbər verir ki, məlumatı Ağ Ev yayıb. Bildirilir Amerika tərəfini Donald Tramp, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff təmsil edəcək.
Ağ Evin yüksək rütbəli rəsmisi NBC News-a bildirib ki, bu qərar prezidentlər arasında əvvəlcə planlaşdırılan təkbətək görüşü əvəz edəcək. Danışıqlarda tərcüməçilərin də iştirakı gözlənilir.
Ağ Evin mətbuat katibi Karolin Levitt prezident təyyarəsində jurnalistlərə bildirib ki, Trampa ikitərəfli danışıqların birinci hissəsində dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff da qoşulacaq. Levitt bu həftənin əvvəlində demişdi ki, liderlər təkbətək görüşəcəklər, lakin planların nə üçün dəyişdirildiyi aydın olmayıb.
Sammitin ikitərəfli hissəsindən sonra nümayəndə heyətləri naharda bir araya gələcək. Rubio, Vitkoff, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik, müdafiə naziri Pit Hegset və administrasiya rəhbəri Syuzi Vaylzın da nahara qatılacağı gözlənilir.
Sammitdə Rusiya tərəfini Vladimir Putinlə yanaşı xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, RDIF-in baş direktoru Kirill Dmitriev və prezidentin köməkçisi Yuri Uşakov təmsil edəcək.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ