Onlayn ictimai-siyasi qəzet
Avqustun 14-də Volqoqrad vilayətinin Kamışin şəhərində, Kamışin məhkəməsinin binası yaxınlığında federal hakim Vasili Vetluqinin meyiti tapılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Verilən informasiyaya əsasən, onun bədənində güllə və kəsici-deşici xəsarət izləri olub. Cinayətkar hakimi işdən çıxarkən pusquya salıb, karabindən atəş açıb, cinsiyyət üzvünün bir hissəsini kəsib və gözünə bıçaq sancıb.
İstintaq Komitəsi şübhəlinin “isti izlərlə” saxlanıldığını açıqlasa da, Mash, Shot və “112” teleqram-kanalları onun özünün polisə gəldiyini yazır. Məlumata görə, 47 yaşlı Sergey S. arvadını — Vetluqinin katibi işləyən qadını — xəyanətdə şübhələnib. RBK onun Ukrayna müharibəsində iştirak etdiyini iddia etsə də, “Naş Kamışin” ictimai səhifəsi Sergey S.-nin cəbhədə olmadığını, sərnişin daşımaları sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu yazır.
“Medyuza” qeyd edir ki, bu, 2019-cu ildən bəri Rusiyada mediada işıqlandırılan ilk federal hakim qətli hadisəsidir.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ